Kulinariya

Mətbəx sirləri: Lavaşda balıq

15 Aprel 2014 07:00
32 Şərh     Baxış: 4 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az lavaş arasında balığın hazırlanma qaydasını təqdim edir

Tərkibi:

1 təzə balıq
1 lavaş
1 pomidor
1 dəstə keşniş
0,5 limon şirəsi
2 x.q. kərə yağı
duz
istiot

Lavaşın üzərinə kərə yağı çəkin.

Balığı təmizləyin, duz, istiot vurun, limon şirəsi çəkin.

Balığı lavaşın üstünə qoyun.

Üstünə xırda doğranmış keşniş və pomidor, kərə yağı dilimləri qoyun. Duz, istiot səpin. Zövqə görə doğranmış baş soğan da səpmək olar.
Lavaşa bükün.
Bunu isə folqaya büküb əvvəlcədə 190 dərəcə qızdırılmış sobaya qoyun.
Təxminən 40 dəqiqə bişirin.

Balığı elə lavaşda süfrəyə verin. Qarnir kimi tərəvəz salatı verə bilərsiniz.

Nuş olsun!

Resept: vk.com/cookinder

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.