Kulinariya

Mətbəx sirləri: Yuxa çipsləri

10 Aprel 2014 07:00
45 Şərh     Baxış: 9 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az yuxadan Naços çipslərinin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

2 lavaş
100-150 ml bitki yağı
0,5 ç.q. reyhan qurusu
0,5 ç.q. mərzə qurusu
0,5 ç.q. qırmızı istiot
0,5 ç.q. sarımsaq tozu
0,5 ç.q. duz

Sobanı 2200 C qızdırın.

Lavaşı kvadrat, yaxud üçbucaq formada xırda doğrayın.

Siniyə qoyun, ədviyyatları üzərinə səpin, yağ əlavə edin və yaxşıca qarışdırın.

Başqa cür də eləmək olar: lavaşın hər iki üzünü yağlayıb sonra doğrayın, ədviyyatla qarışdırın.

Sobada 5-7 dəqiqə bişirin. İmkan varsa, siniyə bir lay döşəyin, yoxdursa, hamısını bir siniyə tökdükdən sonra bişən zaman arada qarışdırın.

Nuş olsun!

Resept: vk.com/cookinder

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.