Kulinariya

Mətbəx sirləri: Pendirli-badamlı halva

26 Fevral 2014 07:00
40 Şərh     Baxış: 3 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az sofra.com.tr-yə istinadən pendirli-badamlı halvanın hazırlanma qaydasını təqdim edir

Tərkibi:

200 q "hörük" pendir
1 qəhvə fincanı döyülmüş badam
1 qəhvə fincanı döyülmüş keşyu
1 qəhvə fincanı döyülmüş qoz
1 x.q. dolmalıq fıstıq
1 st. un
1 st. mannı
200 q kərə yağı
2,5 st. süd
2,5 st. şəkər tozu

"Hörük" pendir duzlu olduğu üçün bu halvanı hazırlamadan əvvəl 3 gün boyunca onu soyuq suda, soyuducuda saxlayın, hər gün suyunu dəyişin.

Kərə yağını tavada əridin, un, dolmalıq fıstıq əlavə edin, daim qarışdıraraq qovurun. İlıq süd və şəkər tozu əlavə edin. Südü çəkilənə qədər qarışdıraraq bişirin. Südü çəkəndən sonra xırda doğranmış "hörük" pendir əlavə edin, qarışdırın, tavanın ağzını örtüb ocaqdan götürün. 20 dəqiqə saxlayın. Badam, keşyu və qoz əlavə edib qarışdırın.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.