Kulinariya

Mətbəx sirləri: "Limonlu yağış"

3 Fevral 2014 07:00
72 Şərh     Baxış: 8 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az "Limonlu yağış" piroqunun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

piroq:

115 q kərə yağı
115 q şəkər tozu
180 q badam
4 yumurta
125 q un
1 dolu ç.q. qabartma tozu
30 q xaş-xaş
2 limonun sedrası və şirəsi

şərbət:

1 limonun şirəsi
50 q şəkər tozu

qlazur:

1 limonun şirəsi
200 q şəkər pudrası

Yumşaldılmış yağı şəkər tozu ilə xeyli qabarıncayadək çalın.
Bir-bir yumurta əlavə edərək yaxşıca çalın.
Badamı blenderdə xırdalayın.
Unu qabartma tozu ilə birlikdə ələkdən keçirin, badam, xaş-xaş, 2 limonun sedrasını və şirəsini əlavə edin, qarışdırın.
Hər iki qarışığı (yağlı və unlu) bir-birinə qatın.

Xəmiri yağ çəkilmiş siniyə tökün. 180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişirin. Bişib-bişmədiyini diş çöpü ilə yoxlayın. Piroq qızılı rəngdə alınmalıdır.

Şəkər tozu və limon şirəsindən şərbət bişirin. Şəkər tozu tam əriməlidir.

Hazır piroqu azca soyudun, çəngəllə deşin, isti şərbəti üstünə gəzdirin. Soyumasını, şərbətin hopmasını gözləyin.
 
Qlazur: şəkər pudrasını limon şirəsi ilə qarışdırın, qatılığı qatılaşdırılmış süd kimi olmalıdır. Qlazuru piroqun ortasına tökün, sonra piroqu əlinizdə hərləyərək yayılmasına çalışın. Qatı qlazur piroqun üstü ilə axaraq yağış damcılarını xatırladacaq.

Nuş olsun!

Resept və foto: vk.com/feed

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.