Kulinariya

Mətbəx sirləri: Narşərablı yerfıstığı şorbası

7 Yanvar 2014 07:00
57 Şərh     Baxış: 4 948
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az sofra.com.tr-yə istinadən narşərablı yerfıstığı şorbasının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

1 qəhvə fincanı bitki yağı
1 su st. döyülmüş yerfıstığı
2 x.q. un
1 x.q. tomat pastası
5 st. ət bulyonu
1 qəhvə fincanı narşərab
1 dəstə tərxun
zirə
duz
istiot

Qazanda bitki yağını qızdırın, döyülmüş yerfıstığını qızaranadək qovurun. Un əlavə edib qarışdıraraq daha 2 dəqiqə qovurun. Tomat pastasını əlavə edin, 2-3 dəqiqə qarışdırın, 5 su stəkanı ət bulyonunu əlavə edin. 10-15 dəqiqə qaynadıqdan sonra narşərab, tərxun, zirə, duz, istiot vurub 1-2 dəqiqə qaynadıb ocaqdan götürün.

Nuş olsun!

Milli.Az

Yerfıstığı:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.