Kulinariya

Mətbəx sirləri: Badımcan məzəsi

6 Oktyabr 2013 07:00
39 Şərh     Baxış: 6 353
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az badımcandan xırt-xırt çubuqların hazırlanma qaydasını təqdim edir


Tərkibi:

1 orta boy badımcan
3 x.q. narın suxarı
3 x.q. sürtgəcdən keçirilmiş bərk pendir
duz
reyhan qurusu
rozmarin qurusu
paprika
1 yumurta
1 x.q. su

Badımcanı yuyub uzun çubuqlar kimi doğrayın.

Suxarı, pendir və ədviyyatı qarışdırın.

Yumurtanı çalın, su əlavə edin, qarışdırın.

Doğradığınız badımcanları yumurtaya, sonra isə suxarı-pendir qarışığına batırın. 

Bunları içinə perqament döşənmiş siniyə düzün. 200 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Nuş olsun!

Resept və foto: vk.com/academy_main

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.