Kulinariya

Mətbəx sirləri: Fıstıqlı peçenyelər - FOTO

19 Sentyabr 2013 07:00
26 Şərh     Baxış: 5 454
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az vpuzo.ru-ya istinadən fıstıqlı peçenyelərin hazırlanma qaydasını təqdim edir


Tərkibi:


113 q yumşaldılmış kərə yağı
100 q yumşaldılmış "Filadelfiya" pendiri
1 st. şəkər pudrası
0,5 ç.q. qabartma tozu
1/4 ç.q. duz
1 yumurta
1 ç.q. vanil
2,5 st. un
2 ç.q. limon və ya portağal sedrası
0,5 st. duzlu fıstıq


İri qabda yumşaldılmış kərə yağı ilə yumşaldılmış pendiri qarışdırın (təxminən 30 saniyə).



Şəkər pudrası, duz və qabartma tozu əlavə edin. Yaxşıca qarışdırın. Yumurta və vanil əlavə edib qarışdırın. Un və sedra əlavə edib qarışdırın.



Xəmiri iki yerə bölüb perqament kağızının üstünə yayın. Üstünə əzilmiş fıstıq tökün.
 


Səliqə ilə rulet kimi bükün. Dondurucuda 1 saatdan artıq saxlayın.



Yaxşı forma üçün uzun mətbəx salfetinin kartonundan istifadə edə bilərsiniz.



Sobanı 190 dərəcəyədək qızdırın. Ruleti 1 sm qalınlıqda dilimlərə doğrayın.



Yağlanmamış siniyə düzün. 7-9 dəqiqə bişirin.



Hazır peçenyeləri dəmir şəbəkənin üstünə düzüb soyudun.



Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.