Kulinariya

Mətbəx sirləri: Toyuqla doldurulmuş boranı

18 Sentyabr 2013 07:00
47 Şərh     Baxış: 4 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az eda.ru-ya istinadən toyuqla doldurulmuş boranının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

3 ədəd akorn boranısı (uzunsov, balaca)
3 toyuq döşü
1 pomidor
1 baş soğan
3 diş sarımsaq
göyərti
duz
qara təzə üyüdülmüş istiot
1 ç.q. sarıkök

Soğanı və sarımsağı xırda doğrayın. Blenderdə toyuq ətini azca xırdalayın (yəni çox balaca olmasın. Qiymə istəsəniz, ət maşınından keçirin).

Soğanı xırda doğrayıb 1 x.q. yağ və 3 x.q. su ilə bişirin. Bu müddətdə pomidoru soyub  kubik doğrayın.

Boranının "qapağını" səliqə ilə kəsin. Toxumlarını çıxarın, içini çıxarıb kubik doğrayın (divarları zədələnməsin).

Toyuq ətini taxta qaşıqla əzə-əzə 5 dəqiqə bişirin, suyunu çox çəkməməlidir. Boranını əlavə edin, tavanın qapağını örtüb daha 10 dəqiqə bişirin. Əgər suyu sizə az gəlirsə, toyuq və ya tərəvəz bulyonu əlavə edin.

Pomidorları əlavə edin, yaxşıca qarışdırın, qapağını bağlayıb daha 10 dəqiqə bişirin. Duz, istiot, bişmiş soğan əlavə edin. Suyunu çox çəkməsinə imkan verməyin.

Toyuğa doğranmış göyərti və sarımsaq əlavə edin. Boranının içini bununla doldurun. Üstunə zeytun yağı çəkin. 180 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin. (Boranının "qapağını" da yanına, siniyə qoyun).

Sobadan çıxarmazdan 5 dəqiqə əvvəl üstünə parmezan səpə bilərsiniz.

Süfrəyə verərkən "qapağı"nı boranının ağzına qoyun. Üç kiçik boranı əvəzinə bir iri boranı da istifadə edə bilərsiniz.

Nuş olsun!

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.