Kulinariya

Mətbəx sirləri: Alman bulkaları - FOTO

17 Sentyabr 2013 07:00
27 Şərh     Baxış: 10 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az vpuzo.ru-ya istinadən xırtıldayan qabıqlı, gözəl görünüşlü, yupyumşaq içi olan alman bulkalarının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

xəmir:
500 q un
130 ml su
130 ml süd
75 q kərə yağı və ya marqarin
7 q quru maya
1 ç.q. duz

qaynatmaq üçün:
1,5 l su
3 x.q. soda
   
üstünə:
küncüt, xaş-xaş, çörəkotu və s.

Xəmiri çörəkbişirən aparatda da yoğura bilərsiniz. İsti süd, su və mayanı qarışdırıb 10 dəqiqə saxlayın.  



Un, duz, yağ əlavə edin. Aparatda hazırlayırsınızsa, "Xəmir yoğurmaq" rejiminə qoyun. Yoxsa, əlinizlə yoğurun.



Xəmiri 12 yerə bölün. İstənilən formada bulka hazırlayın. Üzərini qida plyonkası ilə örtüb həcmi iki dəfə artıncayadək saxlayın. 



"Hamam": enli qazanda suyu qaynadın, soda əlavə edin (ehtiyatlı olun, çox qabarır və sıçrayır). Bulkaları qaynar sodalı suda 5-7 saniyə saxlayın.



Bulkaları çıxarıb perqament döşənmiş siniyə düzün. Üzərinə küncüt, xaş-xaş və s. səpin. 160 dərəcə qızdırılmış sobada təxminən 25-35 dəqiqə, qızaranadək bişirin.




Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.