Kulinariya

Mətbəx sirləri: Portağallı kekslər - FOTO

13 Sentyabr 2013 07:00
47 Şərh     Baxış: 9 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az vpuzo.ru-ya istinadən portağallı kekslərin hazırlanma qaydasını təqdim edir


Tərkibi:

1 st. turş qatıq
1 st. şəkər tozu
5-7 x.q. iysiz bitki yağı
2 st. un
1 yumurta
0,5 portağal
1 st. qoz-fındıq
0,5 ç.q. soda
darçın və ya vanil - zövqə görə

Bir ləyənə qatıq töküb soda əlavə edin. Qarışdırın, bir qədər saxlayın. 



Bu müddətdə portağalın qabığını sürtgəcin xırda gözündən keçirin, qoz-fındığı xırdalayın.



Başqa bir qabda yumurtanı bitki yağı ilə çalın, sonra sodalı qatığa əlavə edin. Şəkər tozu, un, ədviyyat əlavə edib yaxşıca qarışdırın (lopa qalmasın). Xəmir xama qatılığında olmalıdır.



Xırdalanmış qoz-fındıq və portağal sedrasını əlavə edin.



Portağalı dilimləyin, doğrayın. Formaya azca xəmir tökün, üstünə portağal dilimi qoyun, üstündən yenə xəmir tökün.



Keksləri 15-25 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpüylə yoxlayın. Hazır olandan sonra üzərinə şəkər pudrası da səpə bilərsiniz.



Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.