Kulinariya

Mətbəx sirləri: Şokoladlı-fıstıqlı tort - FOTO

6 Sentyabr 2013 07:00
62 Şərh     Baxış: 10 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az domashniy.ru-ya istinadən şokoladlı-fıstıqlı tortun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

korjlar üçün:
1 1/2 fincan* fıstıq (duzsuz, təmizlənmiş)
1/4 fincan un
6 iri yumurta sarısı
3/4 fincan şəkər tozu
7 iri yumurtanın ağı
4 ç.q. limon şirəsi
1 çimdik duz
1 ç.q. vanil və ya badam ekstraktı
1/2 ç.q. limon sedrası

şokoladlı qlazur:
3/4 fincan yağlı qaymaq
210 q tünd şokolad
1 x.q. konyak

korjların arasına:
1/2 fincan moruq və ya ərik mürəbbəsi
şirin fıstıqlar

* 240 ml-lik fincan gərək olacaq.
Korju bişirmək üçün isə 24 sm diametrli kənarı açılan forma gərəkdir.

Sobanı 180 dərəcə Selsiyədək qızdırın.

Fıstıqları siniyə düzün (bir lay), 12-15 dəqiqə sobada saxlayın. Amma diqqət edin ki, rəngi tündləşməsin. Çıxarın.



Sobanın dərəcəsini 160-a endirin.

Formanın içini yağlayın, un səpin.

Fıstıqlarla unu blenderdə xırdalayın.



Yumurta sarıları ilə şəkər tozunun yarısını mikserin ən yüksək sürətində qatılaşanadək çalın.



Yumurtanın ağı ilə limon şirəsini mikserin ən yüksək sürətində möhkəm çalın. Sonra şəkər tozunun qalanını da əlavə edib çalın.



Yumurtanın ağı ilə sarısının qarışıqlarını bir-biriylə qarışdırın, vanil ekstraktı və limon sedrası əlavə edin.

Fıstıqlı-unlu qarışığın 1/3-ni əlavə edin. Səliqəylə qarışdırın. Yerdə qalan unlu-fıstıqlı qarışığın yarısını əlavə edin, qarışdırın. Sonra qalanını əlavə edin və yenə qarışdırın.



Xəmiri formaya tökün. Formanın qıraqlarından tutub səliqəylə masaya vurun ki, xəmir bərabər qaydada yayılsın.



Sobaya qoyun (orta gözünə). 40-50 dəqiqə bişirin. Soyudun.



Qlazur: Qaymağı qızdırın. Ocaqdan götürün. Şokolad parçaları səpin və əriyənədək qarışdırın. Konyak əlavə edib qarışdırın.

Soyumuş korju iki yerə bölün. Aralarına mürəbbə çəkin. Bütün tortun üstünə şokolad qlazuru çəkin. Üstünə şirin fıstıqlar səpin.



Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.