Kulinariya

Mətbəx sirləri: Almaz qurabiyə

18 Avqust 2013 07:00
31 Şərh     Baxış: 3 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az sofra.com.tr-yə istinadən "almaz" qurabiyənin hazırlanma qaydasını təqdim edir

Tərkibi (20 ədəd):

225 q otaq temperaturunda kərə yağı
1,5 st. şəkər pudrası
2 yumurtanın sarısı
2 x.q. qaymaq
2 st. un
0,5 st. kakao
1 paket vanil
1 çimdik duz

üzərinə:
1 st. şəkər tozu

şokoladlı sous:
120 q "Bitter" şokoladı
1 x.q. kərə yağı
3 x.q. bal
3 x.q. qaymaq
 
Xəmir: kərə yağı ilə şəkər pudrasını çalın. Yumurta sarılarını əlavə edib qarışdırın. Qaymaq, un, kakao, vanil, duz əlavə edərək qarışdırın.

Xəmirdən qoz boyda parçalar ayırıb kündələr tutun. Şəkər tozuna batırıb yağlanmış formaya düzün. Ortalarında barmağınızla oyuq açın.

Əvvəlcədən 175 dərəcə qızdırılmış sobada bişirin. Sobadan çıxarıb soyudun.

Şokoladlı sous: şokoladı yağla birlikdə su hamamında əridin. Ocağı söndürdükdən sonra bal və qaymağı əlavə edib qarışdırın. Konditer şprisinə doldurub soyumuş qurabiyələrin içini doldurun.

Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.