Milli.Az domashniy.ru-ya istinadən kəsmikli badımcan ruletlərinin hazırlanma qaydasını təqdim edir
Tərkibi:2 badımcan
200 q kəsmik
50 q qoz
3 diş sarımsaq
keşniş
şüyüd
zeytun yağı
duz
istiot
Badımcanı nazik laylara doğrayıb yağda hər iki üzünü qızardın.
Qozu xırdalayın, göyərtini xırda doğrayın, sarımsağı sürtgəcdən keçirin.
Kəsmiyi qaba qoyun, qozu, göyərtini, sarımsağı, təzə üyüdülmüş qara istiot, duz əlavə edib qarışdırın. Əgər iç çox quru alınıbsa, azca xama əlavə edin.
İçi qızardılmış badımcan laylarının arasına qoyub rulet kimi bükün.
Nuş olsun!
Milli.Az