Kulinariya

Mətbəx sirləri: Göbələkli "qayıq" - FOTO

13 Avqust 2013 07:00
12 Şərh     Baxış: 2 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az vpuzo.ru-ya istinadən kartof və göbələkdən dadlı təamın hazırlanma qaydasını təqdim edir

Tərkibi:

500 q kartof
kərəviz
2 iri şampinyon
30 q əridilmiş pendir
duz
qara istiot
3 x.q. zeytun yağı

Kartofu yuyub uzununa iki bölün. Azca duzlayıb bişirmə paketinə yığın, ağzını bağlayın. Mikrodalğalı sobada 10 dəqiqə bişirin.



Kərəvizi halqa doğrayın.



Göbələyi xırdalayın.



Soğanla göbələyi zeytun yağında 5-7 dəqiqə qovurun. Sonda əridilmiş pendir və zövqünüzə görə ədviyyat əlavə edin.



Hazır kartof "qayıqlarını" siniyə düzün. Ortasına iç qoyub 180 dərəcə qızdırılmış sobada 10-13 dəqiqə bişirin.



Ət xörəklərinin yanında qarnir kimi verə bilərsiniz.



Nuş olsun!

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.