Kulinariya

Mətbəx sirləri: Qarğıdalı salatı - FOTO

1 Avqust 2013 07:00
43 Şərh     Baxış: 43 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az delishis.ru-ya istinadən qarğıdalı salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

3 yumurta
200 q hisə verilmiş toyuq filesi
1 banka qarğıdalı konservi
150 q pendir
100 q qara gavalı
2 diş sarımsaq
mayonez
göy soğan



Pendiri sürtgəcin iri gözündən keçirin.



Yumurtaları bişirin, təmizləyib kubik doğrayın. Göyərtini yuyun, suyu çəkiləndən sonra xırda doğrayın.



Toyuq filesini xırda kubik doğrayın. Qara gavalının üstünə qaynar su tökün, süzün, xırda kubik doğrayın.



Qarğıdalının 1/3 hissəsini saxlayın, qalanını digər ərzaqlarla qarışdırın, mayonez, duz, istiot vurun. Salatı uzunsov qablara qoyun.



Üstünə qarğıdalı dənələrini elə düzün ki, əsl qarğıdalıya oxşasın.



Göy soğanları ortadan yararaq açın, salatın üstündən qarğıdalı yarpağıymış kimi düzün.



Salatı soyuducuda iki saat saxlayın.

Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.