Siyasət

Ermənistan ordusu mövqelərimizi atəşə tutub

24 Oktyabr 2013 10:02
0 Şərh     Baxış: 391
Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri Ermənistan ərazisindən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Mərzili, Sarıcalı və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.