Maraqlı

Məhkəmənin sərt qərarı: 13 nəfər ölüm hökmü aldı, 8-i güllələndi - VİDEO - FOTO

29 İyun 2017 11:45
0 Şərh     Baxış: 1 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin cənubundakı Şanvey şəhərində narkoticarətdə və narkotik maddələr qaçaqmalçılığında suçlanan 18 nəfərin məhkmə prosesi başa çatıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, şəhər stadionunda keçirilən, tribunalardakı 10 min nəfərin diqqətlə izlədiyi prosesdə hakimin hökmünə görə, müttəhimlərdən 13 nəfər edam cəzası alıb.

Bu şəxslər Qaundun vilayətindəki Şanveydə narkotik maddələr istehsalı, satışı və qaçaqmalçılığında ittiham olunublar.

Onların 8 nəfəri dərhal güllələnib. 5 müttəhim isə şərti cəza alıb.

Şanvey və Lufen şəhərləri Çinin cənubunda narkoticarətin "mərkəz"ləri sayılır.

2015-ci ildə şəhər stadionunda analoji məhkəmə prosesi keçirilmiş, 38 müttəhim edam cəzası almışdılar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məhkəmənin sərt qərarı: 13 nəfər ölüm hökmü aldı, 8-i güllələndi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.