Maraqlı

"İdeal ər" tamaşasında ər arvadının sevgilisini döydü - FOTO

28 İyun 2017 22:43
0 Şərh     Baxış: 1 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada Çexovun "İdeal ər" tamaşasında əsl "tamaşa" yaşanıb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, Moskva Bədaye Teatrının binasına daxil olan kişi tamaşaçıların gözü qarşısında arvadının sevgilisini döyüb.

Sonra məlum olub ki, qadın tamaşaya sevgilisi ilə gəlibmiş. Bu zaman onları əri yaxalayıb. Belə ki, qısqanc ər arvadının çantasında "İdeal ər" tamaşasına biletləri görüb və arvadının kiminlə tamaşanı izləyəcəyini öyrənmək üçün onu izləmək qərarına gəlib.
 
Arvadının sevgilisini görən kimi də onun üstünə atılıb və onun başına zərbələr endirib. Teatrın mühafizə xidməti qəzəbli ərin əlindən qadının dostunu güclə alıb və polisə təhvil verib.
 
Aydın olub ki, münaqişəyə "səbəb" olan qadın bir həftə əvvəl ərinə ayrılacağını deyibmiş.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.