Maraqlı

Kirayə ev axtaran gənc bir gecədə fenomen oldu - FOTO

28 İyun 2017 23:49
5 Şərh     Baxış: 5 321
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nyu-Yorkda yaşamaq üçün kirayə ev axtaran pakistanlı gənc bir anda sosial şəbəkə fenomeni olub.

Milli.Az xəbər verir ki, Rehan Munir adlı pakistanlı bir həkim kirayə ev axtarışı üçün Feysbuk qruplarında paylaşım edib.

26 yaşlı həkimin fenomen olmasına səbəb isə qətiyyən onun kirayə ev axtarışında olması deyil. Belə ki, Pakistanda modelliklə məşğul olan Rehanın fotolarını görən qadınlar və homoseksuallar ona aşiq olub və müxtəlif təkliflər ediblər: kimi evində pulsuz qalmaq imkanı verdiyini açıqlayıb, kimi birlikdə yaşamaq istədiyini deyib.

"Gecə qruplara ev axtarmağım haqqında mesaj yazdım və cavablara yalnız səhər baxmaq imkanım oldu. Sosial şəbəkədə hamının marağını cəlb etməyim və bir gecədə məşhur olmağım məni şok etdi. Amma həm də qürurumu oxşadı. Mənə evində yaşamağı təklif edən hər kəsə təşəkkür edirəm" açıqlamasını verən Rehan qızlara cavabında isə hazırda subay olduğunu, lakin tək hədəfinin təhsilini inkişaf etdimək olduğunu deyib. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.