Maraqlı

Merayya Keri məşhur jurnalisti Bakıda pərt etdi - FOTO

26 İyun 2017 09:39
16 Şərh     Baxış: 14 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı çox gözəl şəhər, buranın sakinləri modern, səmimi və maraqlı insanlardır.

Amerikalı müğənni, 47 yaşlı Merayya Keri Bakıdakı konsertindən sonra belə deyib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, M.Keri beynəlxalq "Formula-1" avtoçempionatının Azərbaycan Qran-Prisinin əsas yarışı başa çatandan sonra Bakıda, "Formula-1" şəhərciyində konsert vermişdi.

5 oktavalı vokal diapazona məxsus amerikalı müğənni Bakıya 6 yaşlı əkiz övladlarını - Monro Marokkonu da gətirmişdi.

Dünən əsas yarış başlamazdan əvvəl M.Kerri "Red Bull Racing" komandasının pilotları, avstraliyalı  Deniel Rikkiardo və hollandiyalı Maks Verstappenlə görüşüb.

Bu arada Sky Sports-un reportyoru Martin Brandl müsahibə almaq üçün müğənniyə yaxınlaşsa da, M.Kerri rədd cavabı verib.

O, "Formula-1" radiostansiyasının aparıcısını da pərt edib.

Aparıcı müğənnidən açıqlama almaq istəsə də, niyyəti puç olub. Pərt olmuş aparıcı efirdə deyib: "Hə, nə etməli, bu, mənim həyatımı korlayan əhvalat deyil. Ümid edirəm ki, sizə də pis təsir etməz. Ondan bir-iki suala cavab almaq istəyirdim. İndiyədək Merayya ilə görüşməsəm də, onun mahnılarını sevirəm. Amma nə etməli, gəlin başqa musiqiyə qulaq asaq. Himni dinləyək".

Daha sonra M.Keri "Mercedes AMG Petronas" komandasının pilotu Lüis Hemiltonla söhbətləşib.

Bakıya gəlməzdən əvvəl Merayya Kerri Parisdə idi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.