Maraqlı

İlk döndərilən yumşaq robot hazırlanıb

27 İyun 2017 07:41
0 Şərh     Baxış: 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreya alimləri "DeployBot" adlı dünyanın ilk döndərilən yumşaq robotunu yaradıblar. O, müəyyən seqmentlərdə cərəyanın pulsasiyaediciliyi sayəsində mühərriklərdən və başqa mexanizmlərdən istifadə etmədən hərəkət edə bilir. Seul Universitetinin tədqiqatçıları layihənin istənilən aqressiv mühitdə yüksək etibarlığa malik olmasına görə onun böyük perspektivlər vəd etməsini bildirirlər.  
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "DeployBot" robotu mühərrik və mikrosxemlərdən istifadədən imtina etməyə imkan verən intellektual ötürücü ilə təchiz edilib. Formalı yaddaşa malik metal tellərdən robota hərəkət etməyə imkan verən elektrik cərəyanı ötürülür.
 
Koreya alimləri texnologiyanın əsas üstünlüyü kimi robotun kosmik vakuum və ya dərinsulu təzyiq daxil olmaqla ən çətin şəraitlərdə işləyə bilməsini qeyd edirlər. Alimlərin sözlərinə görə, kompakt ölçü, az çəki və ucuz qiymətə malik robot çoxlu mürəkkəb vəzifələrin həllinə imkan verəcək. Yeganə çatışmazlıq saatda 2 metrdən çox olmayan hərəkət sürəti hesab edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.