Maraqlı

“Airbus” robot vertolyot hazırlayıb

27 İyun 2017 07:31
0 Şərh     Baxış: 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sürücüsüz avtomobillər artıq yollarda uğurla hərəkət etdikləri halda, sürücüsüz uçan aparatlar hələ öz inkişafının başlanğıcındadır. Dünyada tanınmış "Airbus" şirkətinin ekspertləri sürücüsüz vertolyotu uğurla sınaqdan keçiriblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, robot vertolyotun sınaq nümunəsi "VSR700 Optionally Piloted Vehicle" (OPV) adlandırılıb. "VSR700" ilk uçuş zamanı uçuş, eniş, dayanma, şaquli uçuş və təyin edilmiş marşrut üzrə hərəkətləri yerinə yetirib. Sınaqlar zamanı kabinədə əyləşmiş pilot aparatın işində nasazlıq olduğu halda idarəetməni həyata keçirmək imkanına malik idi, amma onun müdaxiləsinə ehtiyac olmayıb.

Sınaqlar başa çatdıqdan və konstruksiya üzərində təkmilləşdirmələrdən sonra "VSR700" robot vertolyotunun yekun versiyası 250 kq ağırlığında yükü havaya qaldırmaq qabiliyyətinə malik olacaq və uçuş vaxtı 10 saat  təşkil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.