Maraqlı

Aktyora çevrilən 10 ulduz idmançı - FOTO

24 İyun 2017 21:41
0 Şərh     Baxış: 2 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Andrew "Freddie" Flintoff-un adı musiqili teatrı xatırladan ilk isim olmasa da, bu fərqli bir başlanğıcı ehtiva edir.

Keçmiş kriketçi səhnə debütünü bu payız Fat Friends (Kök dostlar) televiziya şousunun musiqili versiyası ilə edib.

Flintoff çıxışı ilə sanki David Beckham-ın izi ilə gedir.

Beckham da bu yaxınlarda Guy Ritchie-in King Arthur (Kral Arthur) filmində rol alıb.

Gəlin, boş vaxtlarında və ya idman ayaqqabısı, əlcəyi və üzgüçülük geyimini büküb rəfə yığdıqdan sonra aktyorluğu sınayan başqa keçmiş 10 idmançıya nəzər salaq.

Vinnie Jones

JonesVinnie Jones 1988-ci ildə Wimbledon üçün oynayarkən və Lock, Stock and Two Smoking Barrels filmində "Böyük Chris" rolunda

David Beckham King Arthur: Legend of the Sword (Kral Arthur: Xəncərin Əfsanəsi) rolunu ifa etsə də, onu futbolun kinematoqrafiyaya uğurlu ixracı adlandırmaq üçün uzun zaman lazımdır.

Vinnie və Beck-i birləşdirən təkcə gözəl oyun yox, ekranlara öncə də adını çəkdiyimiz Guy Ritchie tərəfindən gətirilmələridir.

Meydançada məşhurluğu ilə yanaşı Jones, 1998-ci ildə Lock, Stock and Two Smoking Barrels filmində zorba "Böyük Chris"-i də ustalıqla canlandırıb.

Bu zarafat ötən 19 il ərzində səngisə də, Vinnie hələ də müxtəlif məzmunlu film və televiziya seriallarında çıxış edir.

Jason Statham

Jason StathamStatham 1990-cı il Commonwealth Oyunlarında və 2015-ci ildə film premyerasında

Aktyorluq karyerası üçün Guy Ritchie-ə minnətdar olan digər bir idmançı da "Stath"-dır.

O da Vinnie ilə eyni ildə Lock, Stock and Two Smoking Barrels filmində rol alıb.

Bundan öncə isə o, İngiltərəni 1990-cı il Commonwealth Oyunlarında təmsil edərək səkkiz, on və on birinci yerləri tutub.

"İdmanda heç vaxt nail olmaq istədiklərimə çatmamışam," o, 2008-ci ildə deyib. "Amma, düşünürəm ki, əldə etmədiklərim aktyorluq karyerama daha ciddi yanaşa bilməyimdə böyük rol oynayıb."

Expandables, Fast & Furious və Transporter frençayzlarının üzvü olmaqla yanaşı, Statham nişanlısı model Rosie Huntington-Whiteley-dən ilk övladını gözləyir.

Dwayne Johnson

Dwayne Johnson "The Rock"-u buraxsa da, görkəmini saxlamağı bacarıb

John Cena kimi Dwayne "The Rock" Johnson da karyerasına rinqdə başlayıb. Lakin, onun Hollywood-un aparıcı aktyoru kimi karyerası güləşçiliyi kölgədə qoya bilib.

The Mummy Returns (Mumiya Qayıdır) və The Scorpion King (Əqrəb Kralı) kimi ilk çəkildiyi filmlər onun əzələsini daha da məşhurlaşdırıb. Johnson-un uğurunun sirri isə çox güman ki, zarafatcıl xasiyyəti və maço görünüşünü yüngülləşdirmək istəyindədir.

"Həmişə inanmışam kı, aktyor kimi inkişaf etmək üçün - təkcə aksion filmləri yox - komediya və ailə filmlərində də rol almalıyam," o, bu ilin əvvəlində deyib.

O, həqiqətən də məhsuldardır.

Fast & Furious 8 (Sürətli və Qəzəbli 8) və Baywatch (Sahil Gözəti) ilə yanaşı, o Jumanji frençayzında Central Intelligence ulduzu Kevin Hart ilə birgə çıxış edəcək.

Gina Carano

Gina Carano in 2008 və 2013-cü ildəCarano 2008-ci ildə rinqdə və 2013-cü ildə qırmızı xalı üzərində

Texaslı atletin Muay Thai və MMA (qarışıq döyüş sənəti) üzrə bacarıqları rejissor Steven Soderbergh-i o qədər təsirləndirir ki, o, Carano-n istedadını əks etdirən film çəkir.

Sonra isə 2011-ci ildə Channing Tatum və Michael Fassbender ilə birgə Carano Haywire (Qarmaqarışıq) filmində rol alır.

Gina 2016-ci ildə bədxah mutant rolu ilə Deadpool filimində çəkilib.

"Əlbəttə ki, romantik komediya ilə məşğul olmaq istəyirəm," o keçən il deyib.

"Lakin, mən Hollywood-da hər bir aktrisanın olmaq istədiyi aksion səhnəsindəyəm."

Eric Cantona

Eric Cantona 1997 və 2015-ci illərdəCantona 1997-ci ildə Manchester United komandasında oynayarkən və 2015-ci il Roma Film Festivalında

Manchester United futbol klubunda 1990-ci illərdə yaddaqalan çıxışına görə keçmiş hücumçu Cantona, hələ də "Kral Eric" kimi tanınır.

1997-ci ildə futboldan ayrıldıqdan sonra Cantona, Ken Loach sayəsində özü üçün aktyor kimi yeni bir karyera yolu cızmağa başlayıb.

Məhz Loach-ın 2009-cu ildə lentə aldığı Looking for Eric (Eric-n Axtarışında) filmində o, öz rolunu canladırmaqla ekranlara gəlib.

Filmdə fransızın yarı-mifik obrazını və qnomik ifadələrə meylini görmək mümkündür.

Aktyor karyerasını fransız filmləri ilə məhdudlaşdırmasına baxmayaraq, Cantona 2014-cü ildə The Salvation (Qurtuluş) filmində sərt Korsika polisi obrazı ilə qərb ekranlarına da çıxıb.

John Cena

Cena 2009-cu ildə rinqdə və 2017-ci ildə kameralar qarşısındaCena 2009-cu ildə rinqdə və 2017-ci ildə kameralar qarşısında

Güləşin digər idman növləri ilə müqayisədə daha çox aktyorluq tələb etdiyini nəzərə alsaq, bu qədər güləşçinin ekran karyerasına üz tutması heç təəccüblü gəlməz.

İstər 12 Rounds (12 Raund) kimi aksion filmi, istərsə də Trainwreck (Qatar Qəzası) kimi komediya filmi olsun, John Cena daha çox uğur qazanan eks-idmançıdır.

"Mən həqiqətən də işimi sevirəm və filmə çəkilmək üçün güləşi atacaq deyiləm," Cena keçən il Rolling Stone dərgisinə bildirib. "Sadəcə olaraq, hər ikisi məşğul olmaq üçün əla işlərdir."

John-un növbəti rolu animasiya filmi Ferdinand-da öküz olacaq.

Tony Danza

Tony Danza 2004-cü ildə Məhəmməd Əli ilə birgəTony Danza 2004-cü ildə Məhəmməd Əli ilə birgə

Heç şübhəsiz ki, Tony Danza bir çoxları üçün ABŞ istehsalı Taxi (Taksi) seriya filmində astagəl və yumşaq təbiətli rolu ilə Tony Banta kimi qalacaq.

Halbuki Danza, 2004-cü ildə Məhəmməd Əli ilə çəkdirdiyi fotodakı kimi məşhurluğu orta çəkidə dünya çempionu olmağa həvəsli boksçu kimi əldə edib.

"Mənim 15 professional döyüşüm olub və 12-də qalib gəlmişəm," o, 2015-ci ildə demişdi. "Bütün qələbələrimi nokautla əldə etmişəm. Çox təəssüf ki, məğlubiyyətlərim də nokautla olub."

Xoşbəxtlikdən aktyorluq, beş il Taxi və səkkiz il Who's the Boss? (Boss Kimdir?) filmləri ilə Brooklyn əsilli aktyor üçün daha davamlı alınıb.

Lewis Hamilton

Lewis HamiltonLewis Hamilton bir zamanlar Ayrton Senna-nın geydiyi dəbilqə ilə

32 yaşlı və üçqat Formula 1 dünya çempionu görünür ki, sürücülük oturacağını əldən vermək niyyətində deyil.

Bununla belə, yarışçı kimi karyerası bitdikdən sonra boş qalmamaq üçün Pixar-n Cars (Maşınlar) animasiya filmində yarış maşını Lewis-i canlandıraraq özünə yeni cığır açır.

"Mən Stevenage adlı kiçik qəsəbədənəm," Hamilton Cars 2 çıxarkən deyib.

"Mənim Hollywood filmində olmağım normal sayılmır."

Onun 2011-ci ildəki ifasını - tezliklə Cars 3-də də yer alacaq - aşağıdan izləyə bilərsiniz.

Ronda Rousey

Ronda RouseyRousey 2008-ci il Olimpiadasından sonra, cüdo dünyasını tərk edib və qarışıq döyüş sənətinə köklənib

Pekin Olimpiadasında bürünc medal qazandıqdan sonra, "Qovğalı" ("Rowdy") Ronda Rousey qarışıq döyüş sənətinə üz tutur və az keçmədən idmanın ən bacarıqlı və dominant simasına çevrilir.

Bu, onun Expendables (Gərəksiz şeylər) filminin üçüncüsündə Hollywood-un Sylvester Stallone, Mel Gibson və Harrison Ford kimi simaları ilə birgə iştirakına qədər gətirib çıxarıb.

Həmkarı Gina Carano kimi o da Fast and Furious-n frençayzının iştirakçsıdır.

Rousey həmçinin, 2015-ci ildə Entourage filmində özünü canlandırıb.

Rinqdə isə Holly Holm və Amanda Nunes-ə məğlub olaraq bəxti həmişə gətirməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.