Maraqlı

Dünya bu cütlüklərdən danışır - İlanla, ölü ilə evlənən... - VİDEO - FOTO

24 İyun 2017 17:36
2 Şərh     Baxış: 7 324
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadınla kişinin bir-birinə qovuşması və nəslin davam etdiriməsi bəşər övladının ilk və əbədi vəzifələrindən biridir. Dünyada bu vəzifənin öhdəsindən gələn milyonlarla cütlük var. Çoxunu tanımırıq təbii ki. Amma elə cütlüklər var ki, milyonlar onlardan danışır.

Milli.Az bildirir ki, ARB TV-nin "Pəncərə" proqramı qeyri-adi cütlüklər haqqında hazırladığı süjeti təqdim edir.

Maket qadınla evlənən adam hər kəsi şoka saldı.

40 yaşlı Dirk illər öncə xanımından ayrılır və bu ayrılıq onu depressiyaya salır. Depressiyadan çıxmaq istəyən bəy ağlasığmaz addım ataraq selikon materialından olan bir qadın maketi alır. Onu Jenny adlandırır və beləcə onunla birlikdə yaşamağa qərar verir. Dirk Jenny-yə çox inanır, deyir o bu dünyadan deyil, ehtimal ki, yadplanetidir. Dirk yeni həyat yoldaşını cəmiyyətdən gizlədir, çünki hamının onu ələ salacağını, ona güləcəyini bilir. Deyir, keçmiş yoldaşımla çox mübahisə edirdik. Amma Jenny belə deyil, o məni çox yaxşı başa düşür. Mən indi daha çox xoşbəxtəm. Üstəlik hər gün onun qayğısına qalır, əyninə paltar geyindirir, saçlarını darayır, üz-gözünü makiyaj edir. Deyir, zaman keçdikcə hiss edirəm ki, artıq məndən daha çox, onun mənə ehtiyacı var. Onu tək qoya bilmərəm. Ölənə qədər yanındayam.

Somalidə yaşamış Ahmed Muhammed Dore 112-ci baharında 6-cı dəfə ailə qurur.

Onun 6-cı xanımı isə 17 yaşlı Safia Abdulladır. Aralarında 95 yaş fərq olsa da Əhməd kişi bundan narahat deyil. Bu izdivac 8 i əvvəl baş tutub. Digər 5 xanımından 18 uşağı olan Əhməd deyəsən ailə-uşaq mövzusunda kolleksiya yığırmış. Deyir, nəticəm yaşda qız mənlə məcburən ailə qurmur ki. Mən sadəcə öz sevgimi bildirdim, o da etiraz etmədi. Maraqlıdır ki, qızın ailəsi də bu evliliyə etiraz etməyib və qohum-əqrəba, qonum-qonşu bu toyda canla-başla iştirak edib. Bəydən soruşublar ki, bəs 17 yaşlı qızın 112 yaşlı ağsaqqalla ailə qurmasına nə səbəb ola bilər. Qayıdıb ki, görünür təcrübəm onu cəlb edib.

Cənubi Afrikada baş tutan qeyri-adi izdivaç. 8 yaşlı Sanele Masilela 61 yaşındakı Helen Şabanqu ilə ailə qurur.

Amma 8 yaşlı Sanele nənəsi yaşda qadınla kefindən evlənməyib. Bu balaca kişinin babası ölüm yatağında vəsiyyət edib ki, nəvəmin toyunu görmədən ölmək istəmirəm. Ailə də qərara gəlir ki, ağsaqqalın son arzusunu yerinə yetirsin. Ona görə də 8 yaşlı uşağı şərti olaraq 5 uşaq anası olan 61 yaşlı qadınla evləndirirlər. Yəni bu sadəcə vəsiyyəti reallaşdıran mərasim. Ciddi bir evlilik deyil. Sanele deyib ki, sən öl könlümə evlilik düşüb, tez böyüyüb yekə kişi olsaydım, həqiqi evlilik yaşayırdım.

Kayl Cons - 35 yaşı var, 5 il əvvəl çox qəribə bir eşqə düşüb.

O, 91 yaşlı Mərcory Makkulla tanışlıqdan sonra ona aşiq olub. Deyir, məni qınamayın. Zövqlər müxtəlifdir. Kimisi sarışınları sevər, kimisi bəstəboyları, mən də yaşlı xanımlara daha çox maraq göstərirdim. Ona görə də Mərcory Makkul tam arzuladığım qadındır. Əbəs yerə deməyiblər ki, eşqin gözü kor olur. Qardaş bu deyimə canlı nümunədir. Onlar rəsmi olaraq evlənməsələr də, sevgili kimi şad-xürrəm yaşayırlar. 91 yaşlı qadın deyir, mən nə qədər nə qədər qoca olsam da, dəyərəm min cavana. Cavanlardan nəyim əskikdi? Belə görünür ki, heç nəyi. Hələ canı suludu. Bir yastıqda qocalsınlar deməyə adamın dili də gəlmir. Çünki Mərcori Makkul biraz da qocalsa, Allah uzaq eləsin, bu məhəbbət məcburi ayrılıqla yekunlaşa bilər.

Ölmüş sevgilisiylə evlənən oğlan.

Chedil Defi 10 il birlikdə yaşadığı sevgilisiylə nəhayət evlənməyə hazırlaşarkən xanım avtomobil qəzasında həyatını itirir. Bu itkidən sarsılan Defi sevgilisinin son arzusunu reallaşdırır. O, qızın ölmüş bədəninə gəlinlik geyindirir və şərti də olsa nigah mərasimi təşkil edir. Bununla da o, ölmüş biriylə evlənən bir insan kimi dillərə dastan olur. Təbii ki, bu şərti nigahdan sonra qız dəfn olunur.

Adət-ənənə qurbanı olaraq itlə evlənən Hindistanlı azyaşlı.

İndi isə Hindistana yollanırıq. Burda baş tutan bir evlilik dünyanı şoka salıb. Deməli ölkənin Jharxand əyalətində 18 yaşlı qızı itlə evləndiriblər. Kənd camaatının iddiasına görə gənc Manqli Munda lənətlənib və nə qədər ki, gec deyil bu lənəti ondan çıxarmaq lazımdır. Bununçün də ən yaxşı yol onu bir heyvanla evləndirib daxilindəki cin-şeytanı ona ötürməkdir. Camaatın inancına görə o bu halda bir kişiylə evlənsə həm kişi ölə bilər, həm də nəsil qırılar. Amma bəri başdan bir itlə evlənməsi lazımdır ki, gələcəkdə baş verə biləcək bəladan yan keçilsin. Manqli Munda bu mundar və əsassız inancdan bezdiyini desə də, adətlərə tabe olmağa məcburdur. Deyir, itdən adama sadiq dost olar bəlkə, amma ömür gün yoldaşı heç olmaz. Bax belə. Qocaların bu cür çürümüş adətləri gənclərin həyatını zəhərləməkdən başqa heç nəyə yaramır.

Tailandlı bir gənc isə heç kimin tələbi olmadan ilanla evlənib.

O, yaxınlarına bildirib ki, birlikdə yaşadığı kobra 5 il əvvəl dünyadan köçmüş sevgilisinə çox bənzəyir, ona görə də ilanla bir dam altında yaşamaq ona bir növ təsəllidir.

Boyun nə fərqi varki deyərək evlənən cütlük.

Braziliyada yaşayan Joelison Fernandes dünyanın ən hündürboylu insanlarından biridir. Onun boyu 2 metr 35 sm-dir. Bu cür hündür boyu səbəbindən ailə qurmaqda çətinlik çəkən 32 yaşlı Joelison 2 il əvvəl facebookda Evem Medeyros adlı bir xanımla tanış olur. Virtualda yaranan isti münasibət tezliklə real həyata keçir. Və məlum olur ki, xanımın boyu 1 metr 52 sm-dir. Aradakı boy fərqi onların sevgisinə mane olmur və beləcə Joelison öz yarını tapır. Evem deyir Joe mənim evim-eşiyim, uzun pişiyim, yaraşığım və hər şeyimdi. Onu gördüyüm andan aşiq oldum. Onsuz bircə saniyəm də olmasın. Sərvboylu bəy isə bu cür böyük fərqə rəğmən xanımın onunla ailə qurmağa razılıq verməsinə çox sevinir. Deyir, boy fərqi boş şeydi. Mən onun hündürlüklərə çatmayan əli, o isə mənim aşağıları görən gözümdür. Bir sözlə bir-birimizi tamamlayırıq. Bu cütlük yəqin ki, boy faktorunu kompleks edən subaylara bir nümunədir. Boyunuzu yerə soxan vəfasız ər yaxud arvaddansa, boyunuza çatmayan vəfalı həyat yoldaşı daha məqsədəuyğundur.

Camaatın gül kimi qızları ailə qurmaqda çətinlik çəkərkən Los Ancelesdə yaşayan Caya Stivensin iki əri var və onlar eyni dam altında şad-xürrəm yaşayırlar.

Əslində Conla ailəli olan xanım illər keçməsinə baxmayaraq ana ola bilmir. Məlum olur ki, problem Condadır. Vəziyyətdən çıxış yolu kimi Con ona başqa bir bəy təklif edir, xanım razılaşır və beləcə Yen adlı tanışı tezliklə bu ailənin bir üzvü olur. Dedikcə adamın ağlı çaşır. Nəinki bizi, hətta Amerikada eşidənləri də heyrətə gətirən, şoka salan bu cür evlilik televiziya verilişlərinin də müzakirə mövzusuna çevrilir. Çox qəribə. Buna nə ad vermək olar, adam donub qalır. Biz donub qalarkən onlar hərəkətdədir, çox da xoşbəxtdirlər. Ailənin bir övladı da var. Yaşlı nəsil demişkən dünyanın axırı gəlir, xəbərimiz yoxdu.

Videonu izləmək üçün şəklə klikləyin:
Dünya bu cütlüklərdən danışır - İlanla evlənən, ölü ilə evlənən

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.