Maraqlı

Audi-nin ən sürətli kabrioleti - FOTO

25 İyun 2017 22:35
0 Şərh     Baxış: 1 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Audi şirkəti ikinci nəsil rodster R8-in ən güclü versiyasını hazırlayır. Avtomobilin adına Plus sözü əlavə edilib və Avropada yayda satışa çıxarılacaq. Bu barədə brendin mətbuat xidməti məlumat verib. Yeni rodster Audi-nin tarixində ən sürətli kabriolet olub.

Milli.Az auto.az-a istinadən bildirir ki, yenilik 5,2-litrlik benzin V10 mühərriki alıb. O, 610 a.g.-ə, 540 Nm fırlanma anına malikdir. Mühərrik 7-pilləli robot sürət qutusu ilə birgə çalışır. Yeni rodster 100 km/saata 3,3 saniyəyə sürətlənir, maksimal sürət isə 328 km/saatdır.

R8 Plus standart versiyadan yeni radiator barmaqlığı və fərqli qazburaxma sistemi ilə seçilir. Rodster keramik əyləc, döymə disklər və rəqəmsal cihazlar paneli alıb. Yeniliyin yumşaq damı 50 km/saat sürətlə hərəkətdə olarkən 20 saniyəyə açılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.