Maraqlı

Hyundai kompakt krossover təqdim etdi - FOTO

25 İyun 2017 20:35
0 Şərh     Baxış: 1 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hyundai şirkəti yeni kompakt krossover Kona-nın sirrini açıb. O, Havay adalarındakı şəhərin şərəfinə belə adlandırılıb. Model geniş mühərrik qamması və zəngin təchizat, o cümlədən opsional tam ötürücü və iki növ asılqan alıb.

Milli.Az auto.az-a istinadən bildirir ki, krossover tamamilə yeni platforma üzərində yığılıb. O, məxsusi olaraq kompakt yolsuzluq avtomobilləri üçün hazırlanıb və B-SUV seqmentində yeni standartlar tətbiq edəcək. Şirkət modelin ölçüləri barədə məlumat vermir, lakin bildirilib ki, onun salonu çox geniş olacaq.

Bazardan asılı olaraq, krossover dörd müxtəlif mühərriklə təklif ediləcək. Onlardan biri 2,0-litrlik, 149 a.g. (179 Nm) olan atmosferli benzin mühərrikdir. O, 6-pilləli avtomat sürət qutusu ilə birgə işləyir. Yenilik ilk yüzlüyə 10 saniyəyə sürətlənir, maksimal sürət isə 194 km/saatdır.

Qammaya, həmçinin 1,6-litrlik, 177 a.g. və 265 Nm fırlanma anına malik Gamma turbo mühərriki daxildir. O, 7-pilləli, iki muftalı robotla birgə işləyir. Bu mühərrik Kona-nı ilk yüzlüyə 7,7 saniyəyə sürətləndirir. Maksimal sürət isə 210 km/saatdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.