Maraqlı

Tibb bacısı xəstə uşağı yumruqladı - VİDEO - FOTO

24 İyun 2017 12:05
3 Şərh     Baxış: 3 121
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sinirlənmiş, qorxmuş valideynlər monitorda görüntülərə çarəsizcəsinə baxırdılar. Onların evdə xəstə uşaqlarına qulluq etməsi üçün xəstəxanadan çağırdıqları tibb bacısı körpəni qəddarcasına vururdu.

Yumruqlayırdı, sonra da ürəyi soyumayıb uşağı arabasından götürüb çırpırdı.

Milli.Az SBC-yə istinadən bildirir ki, Kris və Dyanna Kolar ABŞ-ın Los-Anceles şəhərində yaşayırlar. Onların 2 yaşlı oğulları Landon ağır xəstəlik olan Rubinşteyn-Taybi sindromuna mübtəladır.

Dayə də bu xəstə uşağı döyüb, ona əzab verib.

Evdəki videomüşahidə kameraları vasitəsilə çəkilmiş bu görüntüləri görən kimi Kolar polisə zəng vurublar.

Qəddar tibb bacısı həbs olunub.

Kris və Dyanna Koların eddiklərinə görə, onlar tibb bacısı ilə yanaşı, bu qadının çalışdığı şirkəti də məhkəməyə verəcəklər.

Rubinşteyn-Taybi xəstəsi olan balaca Landon xüsusi borucuq vasitəsilə qida qəbul edir. O, verbal deyil, bir gözü kordur və sutkaboyu yardıma ehtiyacı var.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Tibb bacısı xəstə uşağı yumruqladı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.