Maraqlı

Kosmosda dövlət yaradan azərbaycanlı: "Bura yeni millətin ölkəsi olacaq"

23 İyun 2017 11:38
4 Şərh     Baxış: 1 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq 7 aydır ki, Kosmos üzrə YUNESKO-nun beynəlxalq komissiyasının prezidenti İqor Aşurbəylinin rəhbərliyi ilə kosmosda "Asgardia" adlı müstəqil dövlətin yaradılmasına başlanılıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, kosmik dövlətin birinci peyki olan "Asgardiya-1" bu ilin payız ayında kosmosa yola salınacaq.

"Bu, "Asgardia"nın yaradılmasında çox mühüm addımdır. Peyk kosmosda "Asgardia"nın mövcud olmasının təməl daşıdır. Burada 1 milyon yarımdan çox asgardialının məlumatları saxlanılacaq. İnsanlar özləri barədə informasiyanı "Asgardia"ya göndərmək imkanına sahibdirlər", - İqor Aşurbəyli deyib.

Onun sözlərinə görə, "Asgardia" kosmosda dövlətçiliyin yeni forması ola bilər. O hesab edir ki, bura yeni millətin yaranacağı ölkəyə çevrilə bilər. 

Layihədə iştirak edən alimlər ümid edirlər ki, "Asgardia" layihəsi bütün bəşəriyyətin xeyrinə olacaq.

Qeyd edək ki, İqor Aşurbəyli 9 sentyabr 1963-cü ildə Bakıda anadan olub. Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədridir. "Almaz-Antey" konstruktor bürosunun sabiq rəhbəri, Texnika elmləri doktorudur.

2011-ci ilədək İqor Aşurbəyli on il "Almaz-Antey" baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Onun direktoru olduğu "Almaz" korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 və S-400 raketlərinin istehsalı ilə məşhurlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.