Maraqlı

"Survivor 2017"nin qalibi bəlli oldu

23 İyun 2017 11:12
3 Şərh     Baxış: 2 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Survivor 2017"nin qalibi bəlli olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, dünən keçirilən final gecəsində Adem Kılıççı ilə Ogeday Girişken mübarizə aparıb. Finalçılar yarışmaya qatıldıqları üçün xoşbəxt olduqlarını deyərək, verilişn heyətinə təşəkkürlərini bildiriblər. Daha sonra Acun İlıcalı yarışmanın nəticələrini açıqlayıb. 

"Survivor 2017"nin qalibi Ogeday Girişken olub. Girişken çıxışı zamanı qazandığı pul mükafatını nəyə xərcləyəcəyini deyib: 

"Mən bura gəlməzdən əvvəl bir dostuma söz vermişdim. Amma onu dilə gətirmədim ki, səhv başa düşülər. Dostlarım idman klubu qurub. Mən də onlara yaxta almağa söz vermişdim və o yaxtaya Muhammed Canşinin adını qoyacağam. Dostlarıma və qardaşıma verdiyim sözün üstündə durdum". 

Qeyd edək ki, Muhammed Canşi Ogedayın avarçəkmə komandasından dostu olub və 25 yaşında yol qəzasında dünyasını dəyişib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.