Maraqlı

"Qız qısa şortik geyinib, onun atası anası yoxdur?" - Qıza şillə vuran oğlanın atası - VİDEO - FOTO

23 İyun 2017 10:54
17 Şərh     Baxış: 5 413
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki gün öncə İstanbulun Pendik səmtində avtobusda baş verən şortik qalmaqalı böyüyüb.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, şortik geyiminin səbəb olduğu davanın əsas səbəbinin qızın oğlanı təhqir etməsi olduğu bilinib.

Melisa adlı universitet tələbəsi avtobusda qısa şortik geyindiyinə görə arxa oturacaqda oturan oğlanla mübahisəsi düşüb.

Ercan adlı oğlan qıza "Ramazan ayında belə geyinərlər?, Sənin Allahın yoxdur?" deyib. Qız isə cavabında onu təhqir edib. Oğlan bunu qürüruna sığışdırmayıb və düşərkən qıza şillə vurub. Onlar arasında dava çıxıb və qız oğlana hücum edib.

Daha sonra görüntülər əldə olunub.

Avtobusda şortik geyinən qızın şillələnmə anı 

Melisa polisə gedərək Ercanı şikayət edib. O, avtobusda döyüldüyünü iddia edib. Ercan iki dəfə saxlanılıb, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Lakin dünən Türkiyə məhkəməsi onu cəzalandırıb. Belə ki, Ercan qızı vurduğuna görə cəza almasa da, vergi qaçaqçılığı maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Oğlanın valideynləri bunu eşitdikdə halları pis olub. Ercanın atası oğlunu müdafiə edib.

"Qız qısa şortik geyinib. Onun atası, anası yoxdur?", -deyərək oğlunu qorumağa çalışıb.

Milli.Az görüntüləri təqdim edir:

Videonu izləmək üçün şəklə klikləyin:

Şort geyindiyi üçün döyülən qız danışdı

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.