Maraqlı

Əlinizdən düşməyən kitab haqqında bunları İLK DƏFƏ BİLƏCƏKSİZ - FOTO

28 İyun 2017 22:10
0 Şərh     Baxış: 1 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

92 yaşında belə gözəl görünüb, nikbinliyini və incə yumor hissini qoruyub, saxlamaq hər kəsə nəsib olmur. Xarici dil bilmək bir bacarıqdır, onu yeni nəsillərə sevdirərək, öyrətmək isə, xüsusi istedad tələb edir. Ən əsası isə, illər bir-birini əvəz etsə də, aktuallığını itirməyən, dəfələrlə çap olunan dərsliyə həyat vermək hər kəsin işi deyil.

"İngilis dilinin tədrisi və metodikası" dərsliyinin müəllifi Nataliya Bonk kitabının onun soyadı ilə adlandırılmasına böyük sevgi ilə qarşılıq verir.

Milli.Az dünyada analoqu olmayan "bonk" dərsliyindən və onun istedadlı müəllifindən bəhs edəcək.

Arzular

Nataliya Kroll Moskvada ziyalı ailəsində doğulub. Onun atası savadlı mütəxəssis idi və zavodların birində rəhbər vəzifədə çalışırdı. Anası isə istedadlı pianoçu və ifaçı idi. Nataliyagilin evində tez-tez incəsənət adalmları toplaşar, gözəl süfrə ətrafında maraqlı söhbət məclisləri qurulardı. Bəlkə də elə bu amil qızcığazın aktrisa olmaq istəyinə təkan verdi. Balaca Nataşa oxuyub, oynamağı, auditoriya qarşısında çıxış etməyi çox sevirdi. Valideynləri bu yolda övladlarına lazımi dəstəyi göstərsələr də, Nataşanın ən sadiq tamaşaçısı onun dayəsi idi. 92 yaşlı linqvist xanım bu gün də dayəsini həyatının ən əziz insanı adlandırır.

Nataşa Moskvanın elit məktəblərindən birində təhsil alıb. Bu təhsil olcağının qapıları yalnız yüksək rütbəli şəxslərin övladlarının üzünə açıq idi. Nataşa məktəbin mədəni həyatında da, yaxından iştrak edir, təşkil olunan bütün tamaşa və konsertlərdə çıxış edirdi. Hətta məktəbin bu mədəni heyətinin pərəstişkarları da var idi. Onlar bütün tamaşalara gəlir, məktəbliləri gül-çiçək yağışına qərq edirdilər. Maraqlıdır ki, pərəstişkarlar arasında İosif Stalinin qızı Svetlana da var idi. Bir neçə ildən sonra Svetlana ilə Nataliyanın görüşü konservatoriyada baş tutur. Stalinin qızı gələcək xatırələrində bunları deyəcəkdi: "Gələcəyinə böyük ümid bəslənən istedadlı qız, adi xarici dil müəlliməsi olmağı seçdi".

Təsadüfi seçim

Nataliyanın ingilis dili fakultəsinə qəbul olması tam təsadüf idi. Belə ki, müharibə dövründə 16 yaşlı qız çox vaxtını evdə keçirdirdi. Bir gün mağazaya quzu ayağı almağa gedəndə Moskva Dövlət Xarici Dillər İstitutununun yanından keçməli olur. O, indi də etiraf edir ki, ayaqlarım məni bu təhsil ocağına necə apardısa, ozüm də hiss etmədim. İngilis dili fakültəsinin qapısına yaxınlaşan Nataşa müəllimlərdən birinə məktəbi yeni bitirdiyini və və bu İnstituta daxil olmaq istədiyini bildirir. Müəllimin "Bəs niyə ingilis dili?" sualına Nataşa artıq alman dilində sərbəst danışdığını və yeni dil öyrənmək istədiyini bildirir. Beləcə 16 yaşlı qız instituta qəbul olunur.

92 yaşlı linqvist bu gün də instituta qəbul olunduğu günü təbəssümlə xatırlayır. O deyir ki, məni ora quzu ayağı ilə birgə qəbul etdilər. Həmçinin bildirir ki, ali məktəbin binasının üzərinə pedaqoji sözünü görmədiyi üçün, uzun müddət ondan hansı sahə üzrə kadr hazırlayacaqlarından xəbərsiz imiş.

İlk dərslik

İnstitutu bitirər-bitirməz Artıq Bonk soyadlı xanım xarici ticərat Nazirliyinin xarici dillər kursunda pedaqoji fəaliyyətinə başlayır. Həmin dövrdə dərsliklər olmadığından Nataliya özü gündəlik dərs proqramı hazırlayıb, tələbələrini öyrədirdi. Günlərin bir günü baş müəllim Nataliyan bu mükəmməl dərslikləri haradan götürdüyünü soruşur, "özüm hazırlayıram" cavabını eşidən müəllim heyrətlənir.

Tezliklə kursun direktoru Nataliyanı yanına çağırıb, ingilis dili məllimlərinin qrup idarəçiliyini ona tapşırır. Bu işdə ona yardım etmək üçün iki müəllimə də var idi. Məhz bu xanımlar məşhur "bonk" kitabının ərsəyə gəlməsində böyük əmək sərf ediblər. Nataliya bu gün də böyük təvazökarlıqla kitabın niyə onu soyadı ilə adlandırıldığını anlamadığını bildirir. Xanım qeyd edir ki, bu dərsliyin ərsəyə gəlməsində bütöv komandanın əmyi keçib.

Ölümsüz kitab

Müəllif öz dərsliyini adətən Ölümsüz Kaşşeylə müqayisə edir. Nataliya bir dəfə ona bir xanımın zəng etdiyindən danışır: "Xanım pedaqoq mənə zəng vurub, dedi ki, Nataliya xanım sizə nə qədər təşəkkür etsək, yenə də azdır. Bu kitab sayəsində özümüzə evlər, avtomobillər almışıq".

Müəllifin özü isə bu kitabdan böyük gəlir qazanmayıb, bahalı evlər, daş-qaşlar almayıb. Səbəb isə çox sadədir - sovet bürokratizmi. Vəzifəli şəxslər kitabın tez-tez nəşr olunmasına görə narahat olurdular. Çünki hər dəfə müəlliflərə qonorar ödəmək lazım gəlirdi. Odur ki, qanun qəbul olunur: "Müəllifə yalnız birinci nəşrdə pul verilməlidir, vəssalam".

Nataliyaya tez-tez verilən suallardan biri də, budur: "Xarici dili öyrənməyin ən düzgün yolu hansıdır?" Linqvistin cavabı isə dəyişməz olaraq qalır. "İnsan ilk növbədə öz dilini mükəmməl bilməlidir, və ən əsası böyük istək olmalıdır. Doğrudur elm böyük qüvvədir, amma dil öyrənmək üçün ilk növbədə ünsiyyət vacibdir". (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.