Maraqlı

Əl baqajı üçün skanerlər sınanır

24 İyun 2017 07:22
0 Şərh     Baxış: 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Nəqliyyat Təhlükəsizlik İdarəsi əl baqajlarını üçölçülü skaner texnologiyası vasitəsilə yoxlamağa başlayıb. Metodika partlayıcı maddənin daha effektiv aşkarlanmasına kömək edir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, söhbət kompüter tomoqrafiyasından gedir. Texnologiyadan artıq baqaja təhvil verilən çantaların skan edilməsi üçün istifadə olunur. Hazırda idarə nümayəndələri onu "Phoenix Sky Harbor" Beynəlxalq Aeroportunun nəzarət-buraxılış məntəqələrinin birində əl baqajı ilə işdə sınaqdan keçirirlər.

Məlumata görə, kompüter tomoqrafiya skanerləri daha yaxşı baxış bucağının əldə edilməsi üçün döndərməyə imkan verən üçölçülü təsvir yaradırlar. Bunun sayəsində yoxlamanı aparan şəxslərə şübhəli çantaları seçmək və açmaq hüququ verilir.  

Sınaqlar "American Airlines" aviaşirkətinin iştirakı ilə aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.