Maraqlı

1976-cı il tarixli “Apple” kompüteri satıldı

24 İyun 2017 08:35
0 Şərh     Baxış: 956
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Christie's" hərrac evi "Apple" korporasiyasının 1976-cı ildə buraxılan və hazırda işlək vəziyyətdə olan 6 kompüterindən birini satıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Apple I" kompüteri 355 min dollara satılıb.
 
Qeyd olunur ki, bu, eyni model kompüterlər üçün ən yüksək qiymət deyil. Belə ki, 2013-cü ildə bu modellərdən biri 671 min dollara, digəri isə rekord qiymətə - 905 min dollara satılıb. Müqayisə üçün deyək ki, elə həmin hərracda alman faşistlərinin 1944-cü ildə hazırlanmış məşhur şifrələmə aparatı "Eniqma" 547 min dollara atılıb.  
 
"Apple"ın ilk kompüteri şirkətin həmtəsisçisi Stiv Voznyak tərəfindən şəxsi istifadə üçün işlənib hazırlanıb. Kompüterin qiyməti o vaxt 666,66 dollar olub. Lakin istifadəçi bu qurğuya korpus, ekran, klaviatura və enerji qidalanma mənbəyi əlavə etməli idi. Ümumilikdə 200-ə yaxın "Apple I" buraxılıb. Hazırda cəmi 63 bu cür kompüter qalıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.