Maraqlı

Dünyanın aparıcı İT şirkətləri bəlli oldu

22 İyun 2017 08:35
0 Şərh     Baxış: 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gartner" analitik şirkəti informasiya texnologiyaları sahəsində şirkətlərin gəlir həcminə görə dünyanın aparıcı İT şirkətlərinin reytinqini tərtib edib.

2016-cı ilin məlumatları üzrə tərtib edilmiş reytinqin ilk pilləsində "Apple" şirkəti qərarlaşıb: analitiklər bu şirkətin İT gəlirini 218,1 milyard dollar məbləğində qiymətləndiriblər. 2015-ci ildə bu göstərici 235 milyard dollar idi.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 139,1 milyard dollar gəlirə malik "Samsung Group" ikinci yeri tutub. 2015-ci ildə Cənubi Koreya nəhənginin gəlirinin həcmi 142 milyard dollar idi.

"Gartner" şirkətinin təhlilinə görə, 90 milyard dollar məbləğində dövriyyəyə malik "Google" dünyanın üçüncü aparıcı şirkətidir. Məlumat üçün, 2015-ci ildə 74,9 milyard dollar gəlirə malik korporasiya beşinci yeri tutmuşdu.

Yeni reytinqdə "Microsoft" (85,7 milyard dollar) şirkəti dördüncü, "IBM" (77,8 milyard dollar) şirkəti isə beşinci yeri tutub. 2015-ci ildə bu şirkətlər müvafiq olaraq reytinqin üçüncü və dördüncü pillələrində qərarlaşmışdılar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.