Maraqlı

Kimyəvi silahı neytrallaşdıran parça yaradılıb

22 İyun 2017 08:25
0 Şərh     Baxış: 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kimyəvi silah kütləvi qırğın silahlarının ən təhlükəli növlərindən biri sayılır. İlk vaxtlarda kimyəvi silah insana tənəffüs yolu vasitəsilə zərər vurduğu halda, müasir nümunələr son dərəcə təhlükəlidir. Belə silahın tətbiqinin qadağan edilməsinə baxmayaraq, bu o demək deyil ki, ona qarşı müdafiə vasitələri yaratmağa ehtiyac yoxdur. Belə ki, yaradılmış yeni parça növü zəhərləyici maddələri neytrallaşdırmaq qabiliyyətinə malikdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, qoruyucu parçanın əsasını katalizator və filtr rolunu yerinə yetirən sirkonium və bir sıra materiallardan ibarət olan xüsusi üzvi-metal strukturlar (metal-organic frameworks, MOF) təşkil edir. Bu strukturlar kimyəvi silahın tərkibinə daxil olan müxtəlif birləşmələri tamamilə neytrallaşdırmaq və parçalamaq qabiliyyətinə malikdir. Tozaoxşar üzvi-metal strukturlar, həmçinin bəzi qaz növlərini sovura bilir.

Yeni həll Şimal Karolina Universitetinin alimləri tərəfindən tapılıb. Gələcəkdə bu texnologiya əsasında yaradılmış parça yalnız hərbçilər üçün deyil, həm də xilasetmə xidmətləri üçün qoruyucu geyim dəstlərinin istehsalında istifadə edilə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.