Maraqlı

Qatilləri tapana 1 milyon dollar mükafat veriləcək - FOTO

19 İyun 2017 22:10
3 Şərh     Baxış: 2 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliya hökuməti 2004-2010-cu illərdə 2 azyaşlı uşağı öldürən və hələ də axtarışda olan qatilləri tapana mükafat verəcəyini elan edib.

Milli.Az xəbər verir ki, Cənubi Avstraliya polisinin internet səhifəsində dərc edilən məlumata görə, azyaşlılar amansıca qətlə yetirilib.

Dylan Robert Ceyms Lindsay adlı körpə öldürülərkən 11 aylıq olub. Polisin verdiyi məlumata görə 11 aylıq körpənin cansız cəsədi 2004-cü ildə anasının narkoman bir tanışının evindən tapılıb. Uşağın qarnı yarılaraq orqanları çıxarılmış, üzəri yağlı boya ilə bəzədilmişdi. İstintaqda şübhəli bilinən 2 nəfər şəxs saxlanılsa da, dəlil çatışmazlığından sərbəst buraxılıblar.

18 aylıq Lili Ceyn Şehtini adlı körpə isə 2010-ci ildə öz evlərində ölü olaraq tapılıb. Uşağın bədənində çoxsayda qamçı izləri olduğu məlum olub. Ekspertiza uşağın işgəncələr və güclü travma nəticəsində öldüyünü bildirib.

Polis açıqlamasında bu körpələrin qatillərini tapana, ya da haqqında informaiya verənə 1 milyon Avstraliya dolları mükafat veriləcəyini bildirib. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.