Maraqlı

Futbolda bu da oldu - Baş məşqçi oyunçuya "kəllə atdı" - VİDEO

19 İyun 2017 22:44
0 Şərh     Baxış: 1 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya Sequndasında futbolda nadir halda rast gəlinən hadisələrdən biri baş verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Hueska"nın baş məşqçisi Xuan Antonio Ankela komandanın yarımmüdafiəçisi David Lopeslə dalaşıb.

Hadisə La Liqaya vəsiqə əldə etmək üçün "Xetafe" ilə keçirilən pley-off matçı (0:3) zamanı baş verib.
55-ci dəqiqədə Lopezi əvəzləyən Ankela narazılıqla üzləşib. Mütəxəssis də buna cavab olaraq, yarımmüdafiəçini başla vurub.
O, sonradan hərəkətini belə izah edib: "Oyunçular elə bilirlər ki, ağıllarına nə gəlirsə, danışa bilərlər. O, mənə narazılığını bildirdi, mən də ona. Bu da normal haldı. Belə hadisə nə birinci dəfə yaşanır, nə də sonuncu".
Qeyd edək ki, "Xetafe" 2 oyunun nəticəsinə görə (0:0, 3:0) pley-offun finalına yüksəlib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Futbolda bu da oldu - Baş məşqçi oyunçuya

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.