Maraqlı

59 yaşlı əxlaqsız cəzasını aldı - VİDEO - FOTO

19 İyun 2017 13:15
1 Şərh     Baxış: 2 628

İngiltərənin Derbişir şəhər Kral Məhkəməsində 59 yaşlı Karl Entoninin prosesi başa çatıb.

O, 3 il müddətinə ictimai işlərə məhkum olunub. Məhkəmənin hökmünə görə, K.Enqtoniyə 18 yaşına çatmamış qızlarla təmaslar yasaqlanıb.

Səbəb isə 59 yaşlı bu şəxsin əxlaqsız olması, sosial şəbəkələrdə azyaşlı qızları cinsi əlaqəyə sövq etməsidir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Derbişir şəhərindəki "Guardians of the North" adlı qrup sosial şəbəkələrdə azyaşlıları tovlayanları "ovlamaq" və ifşa etməklə məşğuldur. Qrupun yaratdığı saxta profillər əxlaqsızları aşkarlamaq məqsədi güdür.

K.Entoni də belə profillərdən biri ilə əlaqə saxlayıb. O, 13 yaşlı qızla yazışdığını düşünürdü.

Yazışma əsnasında qıza əxlaqsız təkliflər edən K.Entoni sonradan "qurban"ını çimərliyə, "eşq gecəsi"nə dəvət edib, qıza görüş təyin edib.

Lakin onunla görüşə 13 yaşlı qız yox, "Guardians of the North"ün üzvləri yollanıblar.

Onlar K.Entoniyə yazışma ilə bağlı suallar verəndən sonra polisə yollanıblar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

59 yaşlı əxlaqsız cəzasını aldı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.