Maraqlı

“Google” mobil prosessor hazırlayır

20 İyun 2017 08:41
0 Şərh     Baxış: 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndi smartfon istehsalçıları başqa şirkətlərin hazır həllərindən imtina edərək öz komponentlərini yaratmağa üstünlük verirlər. Bu, xüsusilə prosessorlara aiddir: prosessor istehsalı ilə məşğul olan istehsalçılar sistemi aparat üçün daha yaxşı optimallaşdırmaq imkanı əldə edirlər. İndi "Apple", "Samsung", "Huawei" və hətta "Xiaomi" şirkətləri öz prosessorlarını istehsal edirlər. Şayiələrə görə, "Apple" və "Samsung" şirkətləri, həmçinin qrafik sürətləndiricilər hazırlamaq niyyətindədirlər. İndi isə məlum olub ki, ötən il "Pixel" və "Pixel XL" smartfonlarını təqdim etmiş "Google" şirkəti mobil prosessor hazırlamaq niyyətindədir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, axtarış nəhəngi "Apple" şirkətinin mühəndisi Manu Qulatini işə götürüb. 2009-cu ildən "Apple"da işləyən Manu şirkətin mobil prosessorlarının hazırlanmasında vacib rol oynayıb. Manu Qulati artıq 2 aydır "Google" şirkətində çalışır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.