Maraqlı

Bu dükanda kassa və satıcxı yoxdur - VİDEO

20 İyun 2017 07:11
0 Şərh     Baxış: 1 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçin "Wheelys" şirkəti Şanxay küçələrində "Moby" avtomatlaşdırılmış səyyar mağazasının sınaqlarına başlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hərəkət edən kiçik pavilyon formasında olan və günəş batareyalarının köməyi ilə enerji toplayan "Moby" mağazasında ən çox 4 nəfər yerləşə bilər. "Moby" mağazasının alıcısı olmaq üçün smartfona xüsusi mobil tətbiq quraşdırmaq və bank kartını proqrama birləşdirmək lazımdır.

Sözügedən mağaza gecə-gündüz müəyyən küçələr üzrə işləyir və istifadəçi  smartfonun köməyi ilə mağazanı özünə tərəf gətizdirə bilər. Smartfon, həmçinin mağazanın içinə daxil olmaq və seçilmiş malların ştrix kodlarını skan etmək üçün lazımdır. Mağazadan çıxarkən mobil proqram alış-verişin məbləğini birləşdirilmiş kartdan avtomatik çıxacaq.

Daxili sensorların köməyi ilə satılmamış malların sayı izlənilir və zərurət olduqda mağaza ehtiyat malların doldurulması üçün özü anbara tərəf gedir və onu başqa səyyar mağaza əvəz edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bu dükanda kassa və satıcxı yoxdur

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.