Maraqlı

Dünyanın ən böyük dirijablı hazırdır - VİDEO - FOTO

17 İyun 2017 19:06
0 Şərh     Baxış: 1 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Brnitaniyada dünyanın ən böyuk dirijablı sayılan "Airlander 10"un son sınaqları Britaniyanın Bedfordşir qraflığındakı Kardinqton şəhərinin yaxınlıığındakı aerodromda uğurla başa çatıb.

Milli.Az bildirir ki, təyyarə və ənənəvi dirijablın simbiozu olan bu uçan qurğu özü üçün rekord sayılan 1128 metr yüksəklikdə uçaraq əvvəlki nəticəsini 60 metr yaxşılaşdırıb.

"Hybrid Air Vehicles" şirkətinin istehsalı olan 20 tonluq "Airlander 10" səmada 3 həftəyədək qalaraq 10 tonadək yük və ya 60 sərnişin daşıya bilər.

İlkin olaraq "Airlander 10" ABŞ ordusu üçün hava kəşfiyyatı vasitəsi kimi hazırlanmışdı. Lakin 2012-ci ildə Pentaqon bu vasitədən imtina edib.

"Airlander 10"dan sərnişin daşımaları, sahil mühavizəsi, sərhəd xidməti, geodeziya və rabitə sahələrində istifadə etmək olar.

Gələn həftə "Airlander 10" Parisdəki Le-Burje beynəlxalq aviasalonunda nümayiş ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Dünyanın ən böyük təyyarəsi istifadəyə verili

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.