Maraqlı

Mənzilləri yananlar baş naziri söydülər, fitə basdılar - VİDEO - FOTO

17 İyun 2017 11:04
0 Şərh     Baxış: 917

Londonda "Grenfell Tower" çoxmərtəbəli yaşayış binasındakı yanğından sonra hakimiyyət dairələrinin yarıtmaz fəaliyyətinə etiraz edən minlərlə şəhər sakini küçələrə çıxaraq etiraz aksiyası keçiriblər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 24 mərtəbəli binanın alışıb yanması nəticəsində 70 nəfər həlak olub, 41 nəfər itkin düşüb, 125 nəfər yaralanıb.

Londonun Kensinqton və Çelsi səmtlərində bələdiyyə binalarının önünə toplaşmış insanlar yanğın baş verməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını tələb ediblər.

"Grenfell Tower"in yaxınlığındakı Müqəddəs Klement Kilsəsinə (St Clement's Church) yollanan baş nazir Tereza Mey yanğında həlak olanların və yaralananların ailə üzvləri, qohumları ilə görüşüb.

O, 5 milyon funt-sterlinq həcmində xüsusi fondun yaradılmasına göstəriş verdiyini deyib. Fondun pulları mənzilləri yanğında kül olmuş insanlara gündəlik tələbat malları, ərzaq məhsulları, geyim və s.-nin verilməsinə sərf olunacaq.

"Yanğında zərər çəkənlərin ailələr elə həmin binada və ya qonşuluqdakı binalarda mənzillə təmin olunacaqlar. Bundan başqa, dövlət qurumlarının nümayəndələri digər çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi ilə bağlı vəziyyəti yoxlayacaqlar", - T.Mey deyib.

Baş nazirin görüşü zamanı onu onlarla polis qoruyurdu. Tereza Mey kilsədən çıxanda isə sakinlər qışqırmağa, nazirin ünvanına sərt tənqidlər söyləməyə və onu fitə basmağa başlayıblar.

"Qatil! Ayıb olsun sənə!" qışqıran londonlular Tereza Meyin yanğında zərər çəkmiş ailələrin mənsubları ilə hadisədən günlər sonra görüşməsindən narazı qalıblar.

Britaniyanın Leyboristlər Partiyasının lideri Ceremi Korbin isə "Grenfell Tower"də yanğından zərər çəkən ailələri Kensinqtondakı varlıların malikanələrində yerləşdirməyi təklif edib.

"Londonda investisiya vasitəsi kimi alınan malikanələrlə binaların boş qaldığı halda yanğında evlərini itirmiş insanları küçələrdə qalması biabırçılıqdır", - C.Korbin deyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Tereza Meyin BBC-yə verdiyi müsahibə

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.