Maraqlı

4 metr uzunluğunda diş tapıldı - İNANILMAZ FOTO

16 İyun 2017 23:42
7 Şərh     Baxış: 2 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndoneziyanın Orta Ceva əyalətində 700 min illik yaşı olan fil qalığı tapılıb.

Milli.Az xəbər verir ki, yerli mətbuatın yazdığına görə, əyalətin Banjarejo kəndində tapılan filin nəsli tükənmiş "Stegedon" növünə aid olduğu müəyyən edilib. "Stegedon"un nadir və az rast gəlinən növ olduğu bildirilir. Kəndlilər quyu qazarkən onu təsadüfən aşkarlayıb.

Ərazidə araşdırmalar başlanılıb. Filin 4 metr uzunluğundakı dişinin heç bir zərər görmədiyi, olduğu kimi qaldığı müəyyən edilib. Alimlər bunu inanılmaz kəşf adlandırıblar.

Bu növ fil qalıqlarının Asiya, Afrika və Avropada da kəşf edildiyi bildirilib. 1.2 milyon il əvvəl yaşamış Stegedon fillərin boyunun bugünkü fillərə nisbətən iki dəfə hündür olduğu bildirilir. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.