Maraqlı

Kişilərdə hamiləlik testi müsbət çıxarsa... - BİLMƏDİYİNİZ 10 FAKT

16 İyun 2017 23:36
8 Şərh     Baxış: 8 484

Milli.Az ailem.az-a istinadən həkim-onkoginekoloq Cəlil Bağırovun hamiləlik testləri ilə bağlı 10 qeydini  təqdim edir. Bu qeydləri qadınların çoxu bəlkə də bilmir.

1. Ev şəraitində istifadə olunan bütün hamiləlik testlərinin iş prinsipi eynidir - onlar sidikdə "hamiləlik hormonu" olan xorionik qonadotropin (XQ) hormonunu təyin edir. Hamilə olmayan qadının orqanizmində bu hormon olmur. XQ hormonu embrion (döl) uşaqlıq boşluğu divarına implantasiya etdikdən (yapışdıqdan) sonra döl yumurtası tərəfindən ifraz olunmağa başlayır. Daha sonra hormon qadının qanına düşür. Məhz bu səbəbdən qanda XQ daha tez təyin olunur. Laboratoriyalarda hamiləliyi təyin etmək üçün xüsusi qan testləri aparılır. Bu test hamiləliyi daha erkən təyin edir. Orqanizmdə olan bütün qan böyrəklərdən keçir və burada təmizlənir. Nəticədə XQ qandan böyrəklərə, böyrəklərdən isə sidiyə düşür və burada testin köməyi ilə təyin olunur.
 
2. Bahalı və ucuz hamiləlik testləri eyni işləyir və testin qiyməti onun dəqiq olub-olmadığına təsir etmir.
 
3. Testi günün istənilən vaxtı etmək olar. Lakin həkimlər bunu sübh tezdən etməyi tövsiyə edir. Gecə yuxusundan sonra sidik daha "qatı" olur ki, XQ də sidikdə daha çox olur. Əgər qadın test etdikdən əvvəl çoxlu maye qəbul edibsə, test yanlış mənfi nəticə göstərə bilər.
 
4. Sidik testə düşdükdən sonra 1 zolaq mütləq görünməlidir. Bu, kontrol zolaqdır. Əgər kontrol zolaq çıxmırsa və ya solğun çıxırsa, deməli, hamiləlik testi xarabdır və ya onun yararlılıq müddəti bitib. Bu halda aptekdən təzə test almaq lazımdır.
 
5. Testin nəticəsi əksər hallarda 5 dəqiqə ərzində qiymətləndirilir. Əgər bu müddət ərzində testdə 2-ci zolaq çıxmayıbsa, nəticə mənfi sayılır (yəni hamiləlik yoxdur). 10 dəqiqədən artıq nəticə gözləməyin. Vaxt keçdikcə, hava və s. xarici təsirlər nəticəsində test yanlış nəticə göstərə bilər.
 
6. Farmaseptlərin sözlərinə görə, hamiləlik varsa, test bunu mütləq göstərəcək. Yəni yanlış nəticənin ehtimalı, demək olar, sıfıra bərabərdir. Lakin bəzən qadınlar tələsir və testi lazım olandan daha tez edir. XQ yalnız mayalanmış yumurta hüceyrəsi uşaqlığın divarına implantasiya etdikdən sonra ifraz olunmağa başlayır. Bundan tez yox.
 
7. Əgər testdə 5 dəqiqə ərzində nazik da olsa, ikinci xətt görünübsə, test müsbət sayılır. Növbəti gün testi təkrar etmək lazımdır - zolaq tündləşəcək. Bu, hamilə qadının qanında XQ hormonunun sürətlə artması ilə bağlıdır.
 
8. Bəzən hamiləlik testi yanlış müsbət nəticə verə bilər. Bu, hormonal müalicə alan (inyeksiya şəklində XQ hormonu alan) qadınlarda mümkündür. Testin digər yanlış müsbət nəticəsinin səbəbi qadında yumurtalıq şişinin olmasıdır. Məhz bu səbəbdən hamiləliyin əvvəlində (təxminən 5-6-cı həftələrində) qadın USM-dən keçməlidir. USM zamanı dölün uşaqlıq boşluğu daxilində olması müəyyən edilirsə, hamiləlik təsdiq olunmuş sayılır.

9. Uşaqlıqdan kənar hamiləlik zamanı da test müsbət nəticə göstərir. Lakin uşaqlıqdankənar hamiləlik zamanı XQ daha yavaş artır ki, testdə 2-ci xətt uzun müddət ərzində solğun çıxa bilər. Belə solğun ikinci xətt çıxan zaman uşaqlıqdankənar hamiləlikdən şübhələnmək olar.

10. Kişilərdə hamiləlik testi... müsbət nəticə verə bilər. Xaya xərçəngi zamanı kişinin orqanizmində XQ hormonu ifraz olunmağa başlayır ki, hamiləlik testi də müsbət nəticə göstərir.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

8 Şərh:

  • Anonim
    kisi · 16 İyun 23:53110

    Vay basimiza gelenler.Bunu da esitdik.

    Cavab yaz
    • Anonim
      hii · 17 İyun 02:0320

      ha ha ha Allah sizi guldursun ne qeder guldum... teki kiwilerdede hamilelik testi gercek olaydi, qadinlar ne eziyet cekdiyni onda bilerdiler

      Cavab yaz
  • Anonim
    Wirin · 17 İyun 00:1000

    Ewitdiyime gore eger test bir necedefe bow xettsiz cixirsa demeli bu sonsuzluqdur.

    Cavab yaz
  • Anonim
    Boyyy · 17 İyun 03:2501

    indi bu naydi??? Soz yoxdu yazmaqa?? Cooooooox manasiz

    Cavab yaz
  • Anonim
    Asss · 17 İyun 06:1210

    Her bir halda yaxwi hal deyl.Allah qorusun

    Cavab yaz
  • Anonim
    anonim · 17 İyun 08:1100

    Boy yaziq kiwiler birce ele bu qalmamiwdi.Hec vaxt ola bilmez, axi kiwi qadin kimi ola bilmez.Cinsin deyiwen kiwide olabilsin.

    Cavab yaz
  • Anonim
    anonim · 17 İyun 08:1300

    Kiwiler nece beleola bilerler.Test aln onda 2sini almalidi bele cixir.

    Cavab yaz
  • Anonim
    anonim · 17 İyun 09:3000

    Kiwiler nece beleola bilerler.Test aln onda 2sini almalidi bele cixir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.