Maraqlı

Tatlısəsin oğlu: "Bildiyim qədər, 7 uşağıq"

16 İyun 2017 12:24
0 Şərh     Baxış: 1 090

Müğənni İbrahim Tatlısəsin oğlu İdo "Bir Hülya Avşar Söhbəti" verilişinin qonağı olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, gənc ifaçı Hülyaya bacı-qardaşları ilə bağlı maraqlı etiraf edib. O, illər sonra ortaya çıxan bacısı Dilan Çıtakla necə tanış olmasından danışıb:
 
"İlk görüşümüzdə bir-birimizə yad gəlmədik. Elə bil, 40 ildir tanışıq. Yaxşı ki də, Dilan aramıza gəldi. Mənim üçün hər şeydən önəmli olan anam və atamdır. Bacı-qardaşlarımla heç bir problemim yoxdur. Bildiyim qədər, 7 uşağıq. Bunu hərdən aramızda zarafata da salırıq". 

H.Avşarın "7 uşaq arasında miras davası çıxar" sualına İdonun cavabı belə olub: 

"Atama dedim ki, bir kağız ver, sənin pulunu istəmədiyimə dair imza qoyum. Atam dedi ki, istəmirəm, aramızda problem yaransın".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.