Maraqlı

İnstagram səhifəsi 1 milyon manata satıldı

15 İyun 2017 21:02
0 Şərh     Baxış: 994

Türkiyədə milyonlarla vətəndaşın aktiv olaraq istifadə etdiyi bir İntagram səhifəsi 570 min dollara satılıb.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, "Class Medya" adlı şirkət, Uğur Poyrazın qurduğu Türkiyənin müxtəlif rayonlarındakı dadılmamış ləzzətləri sosial media istifadəçiləri ilə tanış edən "Bugün nereye gitsem" adlı səhifəni satın alıb.

"Bugün nereye gitsem" adlı İnstagram hesabı, indidən çox insan üçün çörək qapısına çevrilib. Şirkət rəsmiləri Fatih Toptaş və Fuad Turgud, sosial medianın günümüzdə əhəmiyyətli bir yeri olduğuna diqqət çəkərək, belə bir sərmayə qoymaq qərarı verdiklərini bildiriblər.

Digər tərəfdən, ləzzətli qida həvəskarlarının tez-tez təqib etdiyi səhifə, etdiyi paylaşımlarla Türkiyənin "ləzzət xəritəsini" formalaşdıracaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.