Maraqlı

Dünyanın ən varlı qadın yazarları - FOTO

15 İyun 2017 18:23
0 Şərh     Baxış: 474

2016-ci ildə ən varlı qadın yazıçıları adları məlum olub.

Milli.Az kulis.az-a istinadən "Forbes"in hazırladığı siyahını təqdim edir:

Coan Roulinq

Məşhur "Harri Potter" seriyasının müəllifi Coan Roulinq 2004-cü ildən bəri ölkəsinin, bir müddət isə dünyanın ən varlı qadını olub. Xeyriyyə ilə məşğul olan Roulinq 2007-ci ildə "Taym" jurnalı tərəfindən "İlin adamı" seçilib. 2016-cı ildə 19 milyon qazanc əldə edib. "Forbes" jurnalının yazdığına görə, növbəti il onun sərvəti 1 milyard dollara çatıb. Əsasən uşaqlar üçün yazan yazıçı bu il "böyüklər" üçün "Boş yer" adlı əsərini nəşr edib. 2016-cı ildə 19 milyon dollar qazanc əldə edib.

Nora Roberts

"İrland ürəyi", "Gecə hekayələri", "Stanislavski ailəsi" kimi əsərləri ilə tanınır. Nora çox məhsuldar yazıçıdır. 2016-cı ildə kitablarından əldə etdiyi qazanc 15 milyon dollar civarındadır.

Daniela Stil

"Ehtiras vadisi", "Ailə albomu", "Üzük", "Böyük sevgilər baş tutmur" kimi məşhur əsərlər müəllifi. Amerikada yaşayır. 69 yaşı var. 2016-cı ildəki gəliri: 15 milyon dollar.

Erika Leonard Ceyms

Dörd il əvvəl Stefani Meyerin "Alatoran" seriyasından təsirlənərək yazmağa başlayıb. Əsər "Nyu-York Tayms"ın bestseller siyahısına düşüb. "Harri Potter" və "Da Vinçi Kodu"-nda olduğu kimi, aylarla əlinə kitab dəyməyənlər belə "Bozun əlli çaları" əsərini almağa başlayıb. Onun 2016-cı ildəki qazancı 14 milyondur.

Pola Hokins

45 yaşlı britaniyalı yazıçı. Onu daha çox "Qatardakı qız" əsəri ilə tanıyırlar. "Suyun altında" romanı ilə də məşhurdur. 2016-cı ildə 10 milyon dollar qazanc əldə edib.

Veronika Rot

Onun ən məşhur əsərləri bunlardır: "Diverqent", "İnsurqent", "Elliqent". Amerikada yaşayır. 28 yaşı var. 2016-cı ildə kitablarının satışından 10 milyon dollar qazanc əldə edib.

Reyçel Rassel

"Nikkinin gündəliyi" əsəri ilə məşhurdur. 58 yaşlı bu qadın yazıçı Amerikada yaşayır. Onun 2016-cı ildəki qazancı 8, 5 milyon dollardır.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.