Maraqlı

"Time" kütləvi ixtisarlara başlayır

17 İyun 2017 08:41
0 Şərh     Baxış: 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın məşhur "Time" nəşrlər evi əməkdaşlarının kütləvi ixtisarına başlandığını elan edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şirkətin baş direktoru Riç Battista ixtisarların təxminən 300 nəfəri əhatə edəcəyini bildirib.
 
Onun sözlərinə görə, ixtisarlar nəşrlər evinin bütün strukturunun yenidən qurulması çərçivəsində aparılacaq: "Bu, ağır, amma vacib addımdır. Çünki strategiyamızı videokontent, gizli reklam və brendin genişləndirilməsi kimi perspektivli istiqamətlərdə həyata keçiririk. Ancaq çap məhsullarının istehsalı şirkətin vacib hissəsi olacaq".
 
"The Wall Street Journal" yazır ki, "Time"ın öz strukturunu yenidən təşkil etmək qərarı abunəçilərin sayının, jurnal satışının və nəticədə reklam gəlirlərinin azalması ilə bağlıdır.
 
Qeyd edək ki, 1922-ci ildə yaradılan "Time" nəşrlər evi 100-dən artıq jurnalın, o cümlədən "Time", "Peopl"e, "Life", "Sports Illustrated" jurnallarının sahibidir. Mənzil-qərargahı Nyu-Yorkda yerləşir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.