Maraqlı

Fərdi kompüterlərin satışları artacaq

17 İyun 2017 07:33
0 Şərh     Baxış: 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"IDC" analitiklərinin hesabatına əsasən, 2016-2021-ci illərdə dünyada fərdi kompüter (FK) qurğularının (kompüter və bütün növ planşetlər) satış həcmi 435-dən 405,2 milyonadək azalacaq. Bununla belə, 2019-cu ildə FK bazarında yenidən artım qeydə alınacaq.

Milli.Az ICTnews-ə istinadən bildirir ki, hərçənd ki, 2017-ci ilin birinci rübündə FK bazarında 2012-ci ildən bəri ilk dəfə kiçik artım qeydə alınıb, ancaq analitiklər əmindirlər ki, tezliklə FK-nin satış həcmi yenidən azalmağa başlayacaq. Bu halda noutbuk  seqmentində korporativ bazarda tələbatın yüksəlməsi sayəsində artım davam edəcək.

Planşetlər seqmentində ümumi mənzərə əvvəlki kimidir. Ənənəvi planşetlərin satış həcmi azalır, halbuki klaviaturaya malik planşetlərə tələbat artır. Lakin 2016-cı ildə klaviaturaya malik planşetlərin satış həcmi analitiklərin hesab etdiyi qədər yüksək olmayıb, bununla əlaqədar proqnoza yenidən baxmaq zərurəti yaranıb. Planşet bazarının təxminən 50%-nə "Microsoft" və "Apple" şirkətləri nəzarət edirlər, sözügedən şirkətlərin məhsulları yüksək qiymət və buraxılış dövriliyi ilə fərqlənir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.