Maraqlı

Dünyanın QEYRİ-ADİ EVLƏRİ - FOTO

18 İyun 2017 23:02
0 Şərh     Baxış: 2 871

Dünyanın müxtəlif ölkələrində inşa edilən bir-birindən maraqlı evlər turistlərin diqqətini çəkir. Texnologiya inkişaf etdikcə artıq qeyri-adi layihəli evlər də turistik ərazilərə çevrilir.

Milli.Az maraqlı layihələrdə tikilən evlərin fotolarını təqdim edir:

Floridada yerləşən "Günəş Orbiti" evi. Adından məlum olduğu kimi bu ev günəşi təqib edir. 1930-cu illərdən qalma bir tikilinin yanında Kristyan Vasmann tərəfindən inşa edilən evin spiral beton divarları günəşin istiqamətinə görə yerini dəyişir.

Fil dişi sahillərində yaşayan Terri Atta adlı şəxs özünün xarabalığa dönmüş evini bərpa etməyə çalışıb. Köhnə evinin bağçasında yeni və qeyri-adi layihəli ev inşa edib. Tikilini digərlərindən fərqləndirən cəhət onun canlı timsahı xatırlatmasıdır. Ev olduqca vahiməli görünür.

Bir qrup gənc tərəfindən 1968-ci ildə inşa edilən bu ev Serbiyanın Drina çayında, kiçik bir qayanın üzərində yerləşir. Yaşayış üçün tikilən maraqlı ev nə az, nə çox, düz 50 ildir ki o qayanın üzərindədir. Ərazidə bir neçə dəfə güclü daşqınlar və güclü külək müşahidə olunsa da, tikiliyə heç bir ziyan dəyməyib.

Livanın Miziara şəhərində isə sabiq pilot maraqlı layihəyə imza atıb. O, "Airbus A380" model təyyarənin formasında ev inşa edib. Malikanə desək, daha doğru olar. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.